Azərbaycanda ilk – Azarkeşə 1 illik qadağa
Bizi izləyin

İdman

Azərbaycanda ilk – Azarkeşə 1 illik qadağa

Azərbaycanda ilk – Azarkeşə 1 illik qadağa

AFFA-nın İntizam Komitəsi ötən həftə Azərbaycanın yeniyetmə futbolçuları arasında təşkil olunan ölkə çempionatlarında yaşanan olaylara hüquqi qiymət verib.

Publika.az xəbər verir ki, İK "Rəvan"ın azarkeşinin stadiona girməsinə 1 il müddətinə qadağa qoyub.

Belə ki, 9 mart 2014-cü il tarixində U-13 Liqasının "Neftçi" – "Rəvan" matçı zamanı meydan sahiblərinin Akif Qasımov adlı azarkeşi qazonun ətrafındakı hasarı sındıraraq meydana daxil olub, hakimi təhqir edib və ona fiziki təsir göstərməyə cəhd edib.

1 illik qadağadan əlavə, azarkeşin hərəkətinə görə, "Rəvan" 1000 manat cərimələnib və klub dəymiş zərərə uyğun olaraq stadion rəhbərliyinin təqdim edəcəyi hesaba əsasən ödəmə edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm