Hərbçilərimiz bürünc medal qazanıb
Bizi izləyin

İdman

Hərbçilərimiz bürünc medal qazanıb

Koreya Respublikasının Munqyen şəhərində Hərbçilərin 6-cı Dünya İdman Oyunlarında güləşçilərimiz günü 1 bürünc medalla başa vurub.

Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, sərbəst güləş yarışlarının ilk günündə 57, 65, 74 və 97 kiloqram çəkidə güləşçilər mübarizə aparıb. 65 kiloqramda mübarizə aparan Ağahüseyn Mustafayev əvvəlcə Almaniya təmsilçisi Kevin Henkeli (11:0), ardınca hindistanlı Raniş Ranişi (10:0) məğlub edib. Yarımfinalda Rusiya təmsilçisi Maqomed Kurbanaliyevə (1:3) hesabı ilə uduzan güləşçimiz bürünc medal görüşünə çıxıb. Həlledici görüşdə Ukraynadan Vasil Şuptarla görüşü (5:0) qalib tamamlayan Ağahüseyn Mustafayev yarışların bürünc medalını qazanıb.

57 kiloqram çəkidə yarışlarda iştirak edən Ruslan Qasımov ilk görüşdə Rusiya təmsilçisi Azamat Tuskaevi (3:2) məğlub edərək mübarizədən kənarlaşdırıb. Yarımfinalda qazaxstanlı Vladimir Kudrinə (5:10) uduzan güləşçimiz bürünc medal görüşünə çıxıb. Ancaq hindistanlı Manqal Kadyanla görüşü də (4:11) uduzan Ruslan yarışları 5-ci sırada tamamlayıb.

Sərbəst güləş yarışlarının ikinci günündə Mircəlal Həsənzadə (61 kq), Coşqun Əzimov (70 kq) və İbrahim Yusubov (86 kq) xalça üzərinə çıxacaqlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm