İdman
Ermənini məğlub edən idmançımız dünya çempionu oldu
Koreya Respublikasının Munqyeonq şəhərində hərbçilərin VI dünya idman oyunlarında Azərbaycanı Mərkəzi Ordu İdman Klubunun komandası təmsil edir.
Publika.az-ın Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, taekvondo üzrə yarışda 87 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan Radik İsayev fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb. Birinci Avropa Oyunlarının çempionu əvvəlcə Ruy Yanqı (Çin), ardınca Ruslan Japarovu (Qazaxıstan) məğlub etsə də, yarımfinalda almaniyalı Volker Vodzixə 3:5 hesabı ilə uduzub. Lakin bürünc medal uğrunda görüşdə rusiyalı Yuri Kiriçenkoya qalib gələn dünya çempionumuz mükafatçılar sırasında yer alıb.
Taekvondo üzrə digər yarışa səkkizdəbir final mərhələsindən
mübarizəyə qoşulan Ayxan Tağızadə (68 kq) əvvəlcə Harkourt Lordenə
(Kanada), ardınca Edqar Kontrerasa (Venesuela) şans verməyərək
yarımfinala vəsiqəni təmin edib. Birinci Avropa Oyunlarının qalibi
yarımfinalda İtaliya təmsilçisi Kladio Treviso ilə qarşılaşmada da
inamlı qələbə qazanaraq finala yüksəlib. Lakin idmançımız həlledici
döyüşdə rəqibinə uduzaraq gümüş medalla kifayətlənməli
olub.
Yunan-Roma güləşi üzrə yarışların ilk günündə 59, 71, 80 və 98
kiloqram çəki dərəcələrində güləşçilər mübarizə aparıb.
80 kiloqram çəki dərəcəsində yarışlarda iştirak edən yığma
komandanın üzvü Rafiq Hüseynov finala vəsiqə qazanıb. İlk görüşdə
Estoniyadan Hardo Tutsu məğlub edən (8:2) idmançımız sonra litvalı
Yulius Mateuzeviçusa 4:0 hesabı ilə qalib gəlib.
Yarımfinalda Ermənistan idmançısı Sargis Koçaryanla görüş də
Rafiq Hüseynovun qələbəsi ilə nəticələnib (4:1) və güləşçimiz
finala yüksəlib. Finalda onun rəqibi olan Rusiya təmsilçisi Yevgeni
Saleevi 5:0 hesabı ilə məğlub edərək dünya çempionu olub. Bununla
da R.Hüseynov hərbçilərin VI dünya idman oyunlarında ölkəmizə ilk
qızıl medalı qazandırıb.
Yunan-Roma güləşi yarışlarının ikinci günündə Cavid İbrahimli (75
kq) və Soltan İsmayılov (85 kq) xalça üzərinə çıxacaqlar.
Xatırladaq ki, komandamız 1 qızıl, 3 gümüş və 6 bürünc medal
qazanmaqla ümumilikdə 10 medala sahibdir.
Yarışlar oktyabrın 11-də yekunlaşacaq.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR