Millimiz məğlub oldu (YENİLƏNİB)
Bizi izləyin

İdman

Millimiz məğlub oldu (YENİLƏNİB)

Beləliklə, Bakıda Azərbaycan yığmasına 3:1 hesabı ilə qalib gələrək xallarının sayını 21-ə çatdıran İtaliya millisi “Avro-2016”nın final mərhələsində oynamaq hüququnu təmin ediblər.

22:32

Oyunun 65-ci dəqiqəsində italiyalılar hesab arasında fərqi bir az da artırıblar. Matteo Darmian komandasının üçüncü qolunu vurub – 1:3.

22:22

Hazırda Azərbaycan – İtaliya qarşılaşmasında ikinci hissə oynanılır.

21:45

Görüşün 43-cü dəqiqəsində Stefan Əl Şaaravi İtaliyanı yenidən hesabda irəli çıxarıb – 1:2.

İlk hissə bu hesabla da başa çatıb.

21:32

Qarşılaşmanın 31-ci dəqiqəsində Dmitri Nazarov rəqib müdafiəçilərin çaşqınlığından istifadə edərək hesabı bərabərləşdirdi – 1:1.

21:13

Oyunun 11-ci dəqiqəsində millimizin cərimə meydançasına uzun ötürmədən sonra qapıçı Kamran Ağayev ilə təkbətək qalan Eder komandasını hesabda irəli çıxarıb – 0:1.

21:04

Hakimin başlanğıc fitindən sonra Azərbaycan – İtaliya futbol oyunu başladı.

Oyunun baş hakimi şotlandiyalı Villiam Kollumdur. Onun köməkçisi funksiyasını Damien Makkrait (İrlandiya) və Fransis Konnor (Şotlandiya) yerinə yetirirlər. Matçın dördüncü hakimi şotlandiyalı Alasteyr Matherdir.

Oyunun əlavə köməkçi hakimləri isə şotlandiyalı Bobbi Madden və Con Beatondur.

21:00

Artıq komandalar meydana çıxıblar.

Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov bu gün millinin heyətində 100-cü oyununu keçirəcək. Yubiley qarşılaşmasına çıxması münasibətilə millinin kapitanına AFFA prezidenti Rövnəq Abdullayev tərəfindən xatirə hədiyyəsi təqdim olunub.

Sonra İtaliyanın və Azərbaycanın dövlət himnləri səsləndirilib.

20:28

Oyunu izləmək üçün arenaya gələn azarkeşlərə futbol üzrə İtaliya yığmasının 1934-cü, 1938-ci, 1982-ci və 2006-cı illərdə dünya çempionatlarında qazandığı kuboklar nümayiş etdirilib. Kuboklar Bakı Olimpiya Stadionunun S2 sektorunun qarşısında sərgilənib.

20:18

Futbol üzrə “Avro-2016”nın seçmə mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda qarşılaşacaq Azərbaycan və İtaliya yığma komandalarının start heyətləri müəyyənləşib.

Azərbaycan millisinin ilk onbirliyində Kamran Ağayev, Bədavi Hüseynov, Maksim Medvedev, Rəşad Sadıqov, Arif Daşdəmirov, Qara Qarayev, Eddi İsrafilov, Dmitri Nazarov, Rahid Əmirquliyev, Əfran İsmayılov və Ruslan Qurbanov meydana çıxacaqlar.

İtaliya yığmasının start heyətində isə Canluici Buffon, Mattia de Şiliyo, Corco Kyellini, Matteo Darmian, Leonardo Bonuççi, Antonio Kandreva, Marko Verratti, Marko Parolo, Qrasiano Pelle, Stefan Əl Şaaravi və Eder yer alıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm