Bu axşam möcüzə olacaqmı?
Bizi izləyin

İdman

Bu axşam möcüzə olacaqmı?

AÇ-2016-nın seçmə mərhələsini sona yaxınlaşır. Bu gün daha 3 qrupda mübarizəyə yekun vurulacaq.

Publika.az xəbər verir ki, E qrupunun qarşılaşmaları demək olar ki, formal xarakter daşıyır. İngiltərənin 1-ci, İsveçrənin 2-ci olduğu “altılıq”da Sloveniya da 3-cü pilləni demək olar ki təmin edib. Yalnız Estoniyanın nəzəri şansı qalıb.

C qrupunda İspaniya 1-ci olduğundan Slovakiya ilə Ukrayna digər iki yer üçün qiyabi mübarizə aparacaq. Hər iki komanda qalib gəlsə, sonuncular ən yaxşı 3-cü yer sahibi kimi birbaşa vəsiqəyə də iddia edəcəklər.

G qrupunda da qalib bəllidir. Avstriyanın ən yaxşı olduğu “altılıq”da Rusiya və İsveç birbaşa vəsiqə üçün mübarizə aparır. 2 xal öndə olan şimal qonşularımızı Monteneqro ilə ev oyununda heç-heçə qane edir.

AÇ-2016. Seçmə mərhələ

12 oktyabr

C qrupu

23:45 Belarus - Makedoniya

23:45 Lüksemburq - Slovakiya

23:45 Ukrayna - İspaniya

İspaniya – 24, Slovakiya, Ukrayna – 19, Belarus – 10, Lüksemburq – 4, Makedoniya – 3.

E qrupu

23:45 Estoniya – İsveçrə

23:45 Litva – İngiltərə

23:45 San-Marino - Sloveniya

İngiltərə - 27, İsveçrə - 18, Sloveniya – 13, Estoniya, Litva – 10, San-Marino – 1.

G qrupu

21:00 Avstriya - Lixtenşteyn

21:00 Rusiya – Monteneqro

21:00 İsveç – Moldova

Avstriya – 25, Rusiya – 17, İsveç – 15, Monteneqro – 11, Lixtenşteyn – 5, Moldova – 2.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm