FHN-in əməkdaşı cüdo çempionatında mükafat qazandı
Bizi izləyin

İdman

FHN-in əməkdaşı cüdo çempionatında mükafat qazandı

Kişilər və qadınlar arasında cüdo üzrə Bakı şəhər çempionatı başa çatıb.

Publika.az xəbər verir ki, Bakı İdman Sarayında keçirilən yarışda 18 komandanın tərkibində yer almış 215 cüdoçu qalib adı uğrunda mübarizə aparıb. Yarışın baş hakimi İbadulla Şabanov olub. Çempionatda Fövqəladə Hallar Nazirliyinin komandası da iştirak edib. Komandanın üzvü, Xüsusi Riskli Xilasetmə Xidmətinin çavuşu Zaur Tağıyev ağır çəkidə (100 kq-dan yuxarı) 3-cü yeri tutub. Qeyd edək ki, komandanın məşqçisi Taleh Sadıqovdur.

"Neftçi İdman Klubu”nun yetirmələri əzm və peşəkarlıq nümayiş etdirərək, 2-si qızıl, 3-ü gümüş, 8-i isə bürünc olmaqla, çempionatın 13 medalına sahib olublar. Hər iki "qızıl”a klubun xanım idmançıları yiyələniblər. Şəfəq Məmmədova (52 kq) və Validə Mirzəzadə (70 kq) bütün rəqiblərini məğlub edərək paytaxt yarışının qalibi adını qazanıblar.

Qeyd edək ki, "Neftçi İdman Klubu” komanda hesabında çempionatda qazandığı medalların sayına görə 1-ci, əyarına görə isə 2-ci yeri tutub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm