Zabit Səmədovun əfsanəvi “düşmən”i Bakıya gəlir – ÖZƏL
Bizi izləyin

İdman

Zabit Səmədovun əfsanəvi “düşmən”i Bakıya gəlir – ÖZƏL

Tanınmış K-1 ustası Badr Harinin Azərbaycana gələcəyi gözlənilir.

Publika.az-ın əldə etdiyi məlumata görə, “K-1” üzrə dünya çempionunun ölkəmizə gəliş səbəbi yarışla bağlı olacaq. Belə ki, promoşn qruplarından biri Bakıda turnir keçirmək istəyir.

Bundan öncə ölkəmizdə təşkil edilən yarışda Badr Hari xüsusi qonaq qismində əyləşmişdisə, bu dəfə turnirin iştirakçısı ola bilər.

Belə ki, məşhur idmançının Azərbaycanda döyüşünün baş tutması üçün çalışırlar. Bunun üçün hətta döyüşçünün özü ilə də əlaqələr saxlanılır. Əgər layihə idmançının ürəyincə olsa, döyüşməyi qəbul edəcək.

Təşkil olunacaq turnir və yarışın adı barədə hələ dəqiq məlumat yoxdur. Ancaq yarışın mükafat fondunun yüksək olacağı istisna edilmir. Təşkilatçıların bildirdiyinə görə, ayrılacaq mükafat da Badr Harini qane edəcək səviyyədədir.

Qeyd edək ki, Badr Hari K-1 üzrə dünya çempionudur. Həmçinin bir çox turnirlərin qalibidir. Badr Hari Dağıstan prezidenti Ramzan Kadırov və ulduz futbolçu Kristiano Ronaldo, həmçinin azərbaycanlı məşhur döyüşçü Zabit Səmədovla da dostdur.

Hari bir neçə dəfə Səmədovu məğlub edib. Lakin Zabit onunla son döyüşündə dünya ulduzunu məğlub etməyi bacarmışdı.

Xatırladaq ki, Zabit Səmədov qalib gəldikdən sonra Badr Hari ona belə demişdi: “Daha bəsdir. Artıq döyüşməyək”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm