Almaniyadan Bakıya 600 azarkeş gələcək
Bizi izləyin

İdman

Almaniyadan Bakıya 600 azarkeş gələcək

Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qəbələ” ilə “Borussiya” Dortmund arasında keçiriləcək oyunu 600 alman azarkeş stadiondan izləyəcək.

Publika.az xəbər verir ki, Almaniya təmsilçisinə ayrılan bütün biletlər satılıb. Artıq rəqib komandanın gələcəyi vaxt da müəyyənləşib. 8 qat Almaniya çempionu oktyabrın 21-də yerli vaxtla saat 17:00-da Bakıya gələcək. Komandanın Bakıda ümumilikdə iki məşqi nəzərdə tutulur.

Əsas oyunçularla Bakıda təmsil olunacaq “Borussiya”nın mətbuat konfransı isə oktyabrın 21-də saat 21:00-da baş tutacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm