İdman
Prosineçki klub məşqçilərini AFFA-ya yığacaq

AFFA-da Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki Məşqçilər Komitəsiylə birgə aşağı yaş qruplarından ibarət yığma komandaların baş məşqçiləriylə görüş keçirib.
Publika.az xəbər verir ki, görüşdə U-21 yığmasının Avropa çempionatının seçmə mərhələsində Avstriya və Finlandiya komandalarına qarşı keçirdiyi oyunlar müzakirə olunub, 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Sloveniyada təşkil olunmuş təlim-məşq toplanışı barədə hesabat dinlənilib. Müzakirəyə çıxarılan məsələlərdən biri də bəzi futbolçuların milli komandaların toplanışlarına fiziki baxımdan hazırlıqsız gəlməsi olub.
Bu və digər məsələlərin həlli, həmçinin futbolun inkişafı ilə fikir mübadiləsinin aparılması məqsədiylə Robert Prosineçkinin və Məşqçilər Komitəsinin yaxın günlərdə Azərbaycan Premyer Liqası klublarının baş məşqçiləriylə görüşünün keçirilməsi qərara alınıb.

-
Sosial09:46
DİN polisin ölümü ilə bağlı açıqlama yaydı - FOTO - (YENİLƏNDİ)
-
Qoroskop00:15
Günün ULDUZ FALI: maliyyə stabilliyi hər an pozula bilər
-
Avropa00:00
Ukrayna Ordusu daha bir yaşayış məntəqəsini AZAD ETDİ
-
MDB2 İyul 23:00
Qaraqalpaqıstanda fövqəladə vəziyyət elan edildi
-
Region2 İyul 21:13
Qaydaları pozan rus həkim Ankarada SAXLANILDI
-
Avropa2 İyul 19:36
Parisdə ETİRAZ DALĞASI: onlarla reys təxirə salındı
-
Magazin12 İyul 18:36
Fatimədən İRAD: "Mənim heç yerim sallanmır" - VİDEO
-
Sosial2 İyul 17:58
Azərbaycan və Türkiyə birgə hərbi təlim keçirdi