Ölümə səbəb olan 4 futbolçu həbs olundu
Bizi izləyin

İdman

Ölümə səbəb olan 4 futbolçu həbs olundu

Hollandiya Futbol Federasiyasının (HFF) Nizam-İntizam Komitəsi yan xətt hakimini vəhşicəsinə döyən 5 gənc futbolçu haqda qərar çıxarıb.

Publika.az xəbər verir ki, günahkarlardan dördü ömürlük HFF-nın bayrağı altında keçirilən yarışlarda iştirakdan məhrum edilib. Biri isə 5 illik diskvalifikasiyaya məruz qalıb. Futbolçuların federasiyanın qərarından apelyasiya vermək hüququ var.

Xatırladaq ki, 2012-ci ilin dekabrında həvəskarların çempionatında “Nyiv Sloten” (Amsterdam) və “Beytenboy” (Almere) komandaları arasında baş tutan oyunda 41 yaşlı laysman Riçard Nivenheyzen 15-16 yaşlı gənc futbolçular tərəfindən ölümcül döyülmüş, ertəsi dünyasını dəyişmişdi.

Məhkəmə işi bu ilin aprelində başa çatsa da, Nizam-İntizam Komitəsi qərarını indi açıqlayıb. İnsidentdə iştirak edən 5 futbolçunun hər biri ən çoxu iki il olan müxtəlif müddətlərdə həbs cəzası alıb. Hadisədə əli olan futbolçulardan birinin atası isə 6 il azadlıqdan məhrum edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm