ETİRAF: “Həyatda gəzərkən də sağa-sola baxıb...” - FOTOLAR
Bizi izləyin

İdman

ETİRAF: “Həyatda gəzərkən də sağa-sola baxıb...” - FOTOLAR

Futbolun populyarlığını sübut etməyə ehtiyac yoxdur. Planetin elə bir nöqtəsi yoxdur ki, orada topun arxasınca qaçmasınlar. Qaça bilməyənlər isə yaşıl meydanlarda qaçanlara tamaşa etməkdən zövq alırlar.

Futbolu sadəcə ayaqla deyil, sözün hər mənasında başla oynayırlar. Futbolun içində olan hər kəs düşünməli və nə danışdığını bilməlidir.

Müasir futbolda ağzından çıxan hər sözü ajiotaj yaradan mütəxəssislər və futbolçular çoxdur. Onların dediyi hər cümlə bəzən münaqişəyə, bəzən etirazlara, bəzən də gülüşə səbəb olur. Əlbəttə, futbol dünyasında maraqlı fikir səsləndirənlər olub, var və olacaq da...

Publika.az “Unudulmaz sözlər” rubrikasının növbəti buraxılışını təqdim edir.

Marko Roys

“Play-Station” oynayarkən “Borussiya”nı götürməməyə çalışıram. Çünki heç bir komanda yoldaşımı ehtiyatda saxlamaq istəmirəm”.

Xavi Hernandes

“Futbola o qədər bağlıyam ki, gündəlik həyatda gəzərkən də sağa-sola baxıb boşluq axtarıram”.

Zinəddin Zidan

“Oğlumla həyətdə futbol oynayarkən ikimiz də ən sevdiyimiz futbolçular olurduq. O, Zidan olurdu, mən isə Ronaldo”.

Xristo Stoyçikov

“O vaxtlar məni dayandırmaq üçün tapançaya ehtiyac duyulardı. Amma Messini dayandırmaq üçün avtomat lazımdır”.

Kristiano Ronaldo

“Oyundan sonra hər kəsdən tər qoxusu gələndə, Bekhemdən ətir iyi gəlirdi”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm