İdman
Cüdoçularımız üzümüzü güldürmədi

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə cüdoçular arasında “Böyük dəbilqə” yarışı keçirirlir. Beynəlxalq turnir bu gün start götürüb. Azərbaycan cüdo üzrə milli komandası da həmin yarışda mübarizəyə qoşulub.
Publika.az xəbər verir ki, komandamız “Böyük dəbilqə”yə 11 idmançı ilə qatılıb. Turinirin ilk günündə millimizin heyətindən 5 idmançı öz gücünü sınayıb.
Təəssüf ki, idmançılarımız bu yarışda yenə uğursuz çıxışlar nümayiş etdiriblər. Peter Zayzenbaherin yetirmələri üzümüzü güldürə bilməyib.
İlk gün kişilər arasında mübarizəyə qoşulmaq üçün tatamiyə İlqar Müşkiyev (60 kq), Nicat Şıxəlizadə (66kq) çıxıb. Hər iki idmançımız uğursuz çıxış edib və yarışı medalsız tərk edib.
İlqar Müşkiyev mübarizəyə 1/32 final mərhələsindən başlayıb. İdmançımız ilk iki görüşündə qalib gəlsə də, 1/8 finalda monqolustanlı Tsoqbatar Tsendoçirlə qarşılaşıb. Təəssüf ki, Müşkiyev qələbə seriyasını davam etdirə bilməyib və görüşün başa çatmasına 50 saniyə qalmış ippona düşüb.
Eyni çəkidə ölkəmizi təmsil edən digər cüdoçumuz Vüqar Şirinli də ilk döyüşünü qələbə ilə bitirib. Lakin o, 1/16 finalda Vinsent Limareyə (Fransa) uduzub.
“Böyük dəbilqə” turnirində iki dəfə qalib adı almış Nicat Şıxəlizadə (66 kq) isə ilk döyüşdəcə məğlub olub. Cüdoçumuz erməniəsilli Rusiya təmsilçisi, Olimpiya çempionu Arsen Qalstyana ipponla məğlub olub.
Xanımlarımız da kişilər kimi uğursuzluqla üzləşib. Leyla Əliyeva (48 kq) üçün yarış uğursuz start götürüb. Elə Səkinə Zayirova (52 kq) da mərhələ adlaya bilməyib.
Aygün

-
Qoroskop00:30
Günün ULDUZ FALI: narazılıq münaqişəyə səbəb ola bilər
-
Art16 Avqust 23:10
Azərbaycanın məşhur aktrisası VƏFAT ETDİ - FOTO
-
Sosial16 Avqust 22:24
Azərbaycanda ət bahalaşdı - VİDEO
-
Nida Xəbər 16 Avqust 21:48
Azərbaycan Ordusunun təcili müdaxiləsi zəruridir - Ekspert
-
Dünya16 Avqust 21:12
Quterreş və Ərdoğan Ukraynaya gedir
-
İdman16 Avqust 20:36
İslamiada: Azərbaycan üzgüçülükdə ilk qızıl medalını qazandı
-
Sosial16 Avqust 20:24
Ukraynada azərbaycanlı tələbə İTKİN DÜŞDÜ - FOTO
-
Cənubi Qafqaz16 Avqust 20:12
Ermənistanda matəm elan edildi