Millət vəkili dünya çempionunu qəbul etdi – FOTO
Bizi izləyin

İdman

Millət vəkili dünya çempionunu qəbul etdi – FOTO

Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev oktyabrın 26-dan noyabrın 1-dək Serbiyanın paytaxtı Belqradda Kikboksinqin WAKO versiyası üzrə baş tutan dünya çempionatında qalib olmuş idmançımızı qəbul edib.

Publika.az xəbər verir ki, AKF rəhbəri kikboks üzrə WAKO-nun Dünya Çempionu Elşad Ələsgərovla (54 kq, K-1) görüşüb və onu 6 ildən sonra federasiyaya qazandırdığı qələbəyə görə təbrik edib.

Döyüşçü Elşad Ələsgərov isə bu görüşlə bağlı belə açıqlaama verib:

“Söz verdiyim kimi qızıl medal və kubokla millət vəkili, cənab Adil Əliyevlə görüşərək xatirə şəkili çəkdirdik. Artıq iki qələbəni qeyd etmək olar. Millət vəkili Adil Əliyev bu il də deputat seçkilərində qalib gələrək bizi sevindirdi”.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm