Fransalı velosipedçi rekord sürət yığdı
Bizi izləyin

İdman

Fransalı velosipedçi rekord sürət yığdı

Fransanın 32 yaşlı sakini Fransua Jissin velosipedlə saatda 333 kilometr sürət yığaraq yeni rekorda imza atıb. O, bu uğura özünün quraşdırdığı reaktiv velosipedlə nail olub.

Rekord Fransanın cənubunda yerləşən və vaxtilə Formula-1 yarışlarının keçirildiyi Marsel yaxınlığındakı “Pol Rikar” trasında müəyyən qeydə alınıb. Bu sürəti yığmaq üçün Jissiyə beş saniyədən də az vaxt lazım gəlib.

Rekordçu velosipedi demək olar ki, yenidən qurduğunu deyir. Onun sözlərinə görə, velosipedin raması İspaniyada yığılıb, şinlər isə Fransız kompaniyası “Mişlen”in mühəndisləri tərəfindən hazırlanıb. Əsas diqqət isə 90 faizlik hidrogen peroksidi ilə işləyən 500 at gücünə malik mühərrikə yönəldilib.

İki saniyədən də tez bir zaman ərzində saatda 400 kilometrə qədər sürət yığmaq niyyətində olduğunu deyən fransalı bunun üçün sponsor axtaracağını qeyd edib.

F.Jissin gələn ilin may ayında “Pol Rikar” trasında öz rekordunu təzələmək niyyətində olduğunu da deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm