Ronaldo “Real”dan gedir? – ABŞ-da yaşamaq arzusundadır
Bizi izləyin

İdman

Ronaldo “Real”dan gedir? – ABŞ-da yaşamaq arzusundadır

Ulduz futbolçu Kristiano Ronaldonun “Real”dan ayrılacağı ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirilib. Bu barədə portuqaliyalı ulduzun meneceri Xorxe Mendes mətbuata açıqlama verib.

Publika.az xəbər verir ki, o, bu iddaların əsassız olduğunu bildirib:

“Ronaldo futbolu “Real”da bitirəcək. “Mançester Yunayted”i də çox sevir, ancaq karyerasını “Real”da başa vuracaq”.

Qeyd edək ki, Ronaldo son açıqlamalarının birində “Real”dan ayrıla biləcəyini,

Amerikada yaşamaq və “MLS” liqasında təmsil olunan klubların birində forma geyinmək arzusunda olduğunu bildirmişdi.

“Dünyanın heç bir klubuna qarşı qapıları bağlamıram. Həqiqətən də, Amerika Birləşmiş Ştatlarında yaşamaq və “MLS” liqasında ən azı bir il oynamaq istərdim”.

“Kral” klubundan öncə forma geydiyi “Mançester United”dəki xatirələrinə gəlincə isə K. Ronaldo etiraf edib ki, ingilis klubunda ərköyün uşaq kimi onun nazı ilə oynayıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm