Səbətlər məlumdur: Türkiyə zəiflər arasında
Bizi izləyin

İdman

Səbətlər məlumdur: Türkiyə zəiflər arasında

Futbol üzrə AÇ-2016-nın final mərhələsinin püşkatma mərasimi üçün səbətlərin tərkibi müəyyənləşib.

Publika.az xəbər verir ki, komandalar səbətlərə oktyabrda əsas seçmə mərhələnin yekunu olaraq, UEFA-nın açıqladığı yığma komandalar reytinqi əsasında bölünüblər.

Fransa millisi təşkilatçı ölkə kimi A qrupunda birinci mövqeni tutacaq və püşkatmaya qatılmayacaq. Bununla əlaqədar 1-ci səbətdə 5 komanda yer alacaq. Onlar qalan 5 qrupa bölünəcəklər. Digər 3 səbətdə hərəsində 6 komanda eyni sayda qrupa paylanacaq.

Səbətlərin tərkibi:

1-ci səbət: İspaniya, Almaniya, İngiltərə, Portuqaliya, Belçika

2-ci səbət: İtaliya, Rusiya, İsveçrə, Avstriya, Xorvatiya, Ukrayna

3-cü səbət: Çexiya, İsveç, Polşa, Rumıniya, Slovakiya, Macarıstan

4-cü səbət: Türkiyə, İrlandiya, İslandiya, Uels, Albaniya, Şimali İrlandiya

2016-cı ilin 10-22 iyununda keçiriləcək qrup mərhələsinin yekununda hər qrupda ilk 2 yeri tutacaq komandalar, eləcə də 3-cü yerin sahibləri arasında 4 ən güclüsü pley-offa yüksələcək. 25-27 iyunda 1/8 final, 30 iyun-3 iyulda 1/4 final, 6-7 iyulda yarımfinal görüşləri, 10 iyulda isə final matçı keçiriləcək.

Qeyd edək ki, Avropa çempionatının püşkatma mərasimi dekabrın 12-də Fransanın paytaxtı Parisdə təşkil olunacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm