Qızıl medalçımız: “Bu yeni rəhbərliyin təsirinin nəticəsidir”
Bizi izləyin

İdman

Qızıl medalçımız: “Bu yeni rəhbərliyin təsirinin nəticəsidir”

Çinin Qingdao şəhərində keçirilən cüdo üzrə Qran-pri yarışlarının ilk günündə Azərbaycan millisinə qızıl medal qazandıran təmsilçimiz İlqar Müşkiyev qələbəsini şərh edib.

Publika.az xəbər verir ki, o həmçinin yeni rəhbərliyin idmançılar üzərindəki təsirindən də danışıb:

“Bu yarışa hazırlıqlarımız yüksək səviyyədə gedirdi, yeni rəhbərliyin göstərdiyi qayğının nəticəsində artıq yüksək yerlər uğrunda mübarizə aparırıq. Bugünkü qazanılan uğurlar göstərdi ki, doğru yoldayıq. Olimpiya oyunları öncəsi bütün yarışlar gərgin keçir, bu yarış da istisna deyildi. Artıq zaman göstərir ki yüksək nəticə qazanmağa layiqik və bu gün də bunu sübut elədik. Cüdo artıq o dərəcədə inkişaf edib ki, hansısa bir idmançını xüsusi qeyd eləmək düzgün çıxmaz. Bütün görüşlərə axırıncı görüş kimi yanaşırdım.

Ümumiyyətlə, Qazaxstan cüdosu son zamanlar çox inkişaf edib. 60 kq çəki dərəcəsində 4 güclü rəqib var. Bugünkü rəqibimin güləş üslubu mənim stilimə çox uyğun olduğuna görə açıq mübarizəyə üstünlük verdik. Rəqibin sonda yorulması görüşü mənim xeyrimə bitirməyimə şərait yaratdı”.

Müşkiyev komanda yoldaşı Orxan Səfərovla baş tutan görüşü haqda da bəzi məqamlara toxunub:

“Orxan Səfərov 60 kq dərəcəsində öz sözünü demiş idmançılardandır. Baxmayaraq ki, 5 aydır zədəsinin bərpası ilə əlaqədar yarışlarda iştirak etmirdi. Onunla görüşmüz çox gərgin keçdi.

Düşünürəm ki, Koreyada keçiriləcək Qran-pri yarışında da medallar uğrunda mübarizə apara biləcəyik. Hər səhər 4 saat ümumi fiziki hazırlığın nəticəsinin bəhrəsi artıq görünür. İnşallah, bu tempdə davam etməyə çalışacağıq”.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm