Yaponiya texnologiyasının “sehri” - VİDEO
Bizi izləyin

İdman

Yaponiya texnologiyasının “sehri” - VİDEO

Yaponiya texnologiyasının “sehri” həmişə insanları heyran etməyi bacarıb. Onların gördükləri işlər, icadlar hər zaman özünü göstərib.

Publika.az xəbər verir ki, yaponlar bu dəfə də gördüyü işlə hər kəsin diqqətini çəkməyi bacarıb. Belə ki, Yaponiyanın Toyohira-ku bölgəsində yerləşən "Sapporo Dome" stadionu beysbolla yanaşı, futbol matçları üçün də istifadə edilə bilir.

Stadionun qısa bir müddət ərzində sahəsi dəyişdirilə bilir. Oradakı bu dəyişiklik izləyənləri heyran qoyub desək yanılmarıq.

Qeyd edək ki, beyzbolda "Hokkaido Nippon Ham Fayter”, futbolda isə "Konsadole Sapporo" komandalarının ev oyunlarını keçirdiyi meydança 2001-ci ildə istifadəyə verilib. Stadiondakı azarkeş tutumu 41580 nəfərdir.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm