Kamran Ağayev “Karşıyaka”dan ayrıldı
Bizi izləyin

İdman

Kamran Ağayev “Karşıyaka”dan ayrıldı

Türkiyənin "Karşıyaka" futbol klubu Azərbaycan millisinin qapıçısı Kamran Ağayevlə yollarını ayırıb.

Publika.az xəbər verir ki, buna 29 yaşlı qolkiperin Azərbaycan klublarından biri ilə anlaşması səbəb olub. Bir neçə gün öncə Bakıda olduğu vaxt Ağayev həmin kluba razılıq əldə edib. O, 35 min dollar alacağından imtina edərək, "Yaşıl-qırmızılar"la vidalaşıb.

Qeyd edək ki, Kamran Ağayev "Karşıyaka"ya yayda böyük ümidlərlə transfer edilib. Lakin təcrübəli qapıçı gözlənilənləri ortaya qoya bilməyib. O, 13 matçda 20 top buraxıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm