Başına çəkiclə vurdular, təpiklədilər
Bizi izləyin

İdman

Başına çəkiclə vurdular, təpiklədilər

Rusiyanın basketbol klubu ÇSKA-nın baş direktoru Andrey Vatutinə hücum ediblər.

Publika.az xəbər verir ki, Vatutin Pesçanoy küçəsində hücuma məruz qalıb. Küçədən keçənlər qan içində olan direktoru gördükdən sonra polisə və təcili yardıma zəng ediblər.

Hadisə gecə saat 10 radələrində baş verib. Vatutin mağazadan çıxıb öz maşınına yaxınlaşarkən, naməlum şəxslərin hücumuna məruz qalıb. Cinayətkarlar əvvəlcə onun başından rezin çəkiclə vurublar. Daha sonra isə yerdə qalan direktoru təpikləməyə başlayıblar.

Zərərçəkən çoxsaylı zədələrlə xəstəxanaya yerləşdirilib. Polis araşdırmaya başlayıb. Vatutin 2007-ci ildən ÇSKA-nın baş direktoru vəzifəsində çalışır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm