Nazir dopinq qalmaqalına aydınlıq gətirdi: “Lisenziyaları itirməmişik”
Bizi izləyin

İdman

Nazir dopinq qalmaqalına aydınlıq gətirdi: “Lisenziyaları itirməmişik”

Bu gün Gənclər və İdman Nazirliyində ilin yekunları ilə bağlı mətbuat konfransı keçirilib.

Publika.az xəbər verir ki, konfransda çıxış edən gənclər və idman naziri Azad Rəhimov hazırda Azərbaycanın 6 ağırlıqqaldıranının dopinq-testdən keçə bilməməsi ilə bağlı məsələyə aydınlıq gətirib:

“2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına ağırlıqqaldırma üzrə 4 lisenziya idmançılara yox, komandaya verilib. Dopinq məsələsinə görə biz lisenziyaları itirməmişik. Biz həmişə qeyd etmişik ki, nazirlik dopinqə qarşı yoxlamalar aparır. İlk dəfə bizdə Antidopinq Komitəsi yaradılıb. İstər "Bakı 2015" I Avropa Oyunları, istərsə də digər yarışlarda idmançılar testdən keçirilir. Biz də tələb edirik ki, gəlib bizdə testdən keçsinlər".

Dopinq-testdən keçə bilməyən idmançıların cəzalandırılmasına gəlincə, A.Rəhimov bildirib ki, buna Azərbaycan Ağır Atletika Federasiyası cavabdehdir: "Fakt təsdiqini tapsa, inanıram ki, burada günahkar kimdirsə - həkim, məşqçi və ya digəri cəzalanacaq".

Qeyd edək ki, ABŞ-ın Hyuston şəhərində keçirilmiş dünya çempionatında Azərbaycanın 6 ağırlıqqaldıranı - Silviya Angelova (48 kq), Valentin Xristov (62 kq), Firudin Quliyev (69 kq), Elxan Əliquluzadə (77 kq), İntiqam Zairov (94 kq) və Dadaş Dadaşbəylinin (105 kq) orqanizmindən istifadəsi qadağan olumnmuş dərman preparatı tapılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm