Dünyanın ən güclü klublarının REYTİNQİ: “Qarabağ” nəhənglərlə yanaşı
Bizi izləyin

İdman

Dünyanın ən güclü klublarının REYTİNQİ: “Qarabağ” nəhənglərlə yanaşı

Dünyanın ən yaxşı klublarının reytinqi məlum olub.

Publika.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) tərtib etdiyi siyahıda planetin ən yaxşı 203 komandası yer alıb. Azərbaycanın 3 klubu da reytinq siyahısında yer alıb.

Təmsilçilərimiz arasında ən yüksək göstəriciyə “Qarabağ” sahibdir. “Köhlən atlar” 142 xalla 77-ci yerdədir. İspaniyanın “Valensiya” klubu da eyni xalla “Qarabağ”ın yerinə şərikdir.

Qurban Qurbanovun yetirmələri “Borussiya” (Münhenqladbax, Almaniya), “İnter” (İtaliya), MOİK (Rusiya), “Styaua” (Rumıniya), “Benfika” (Portuqaliya), “Marsel” (Fransa), “Santos” (Braziliya) kimi komandaları qabaqlayır.

“Qəbələ” 116 xalla 124-cü pilləyə şərik olan 5 klub sırasında qərarlaşıb. Əyalət klubunun şərikləri “Rosario” (Argentina), “Erediano” (Kosta-Rika), “Torino” (İtaliya) və “İlva” (Cənubi Koreya) komandalarıdır.

Bakı “İnter”i 92 xalla 192-ci yerə şərikdir. Paytaxt klubu daha 3 komanda ilə eyni nəticəyə malikdir. “İnter” Nigeriyanın “Volves”, İsveçrənin “Tyun” və Ermənistanın “Pünik” klubu ilə eyni nəticəyə sahibdir.

139,5 xalı olan “Qalatasaray” “Qarabağ”dan 5 pillə aşağıda - 82-ci yerdə qərarlaşıb. 132 xalı olan “Beşiktaş” 95-cidir. “Fənərbaxça” isə 174,5 xalla 39-cu yerdədir. Siyahıya İspaniya “Barselona”sı başçılıq edir - 379. İtaliya klubları “Yuventus” 286 xalla 2-ci, “Napoli” 268 xalla 3-cüdür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm