“Qalatasaray”ın hücumçusuna 8 milyonluq TƏKLİF
Bizi izləyin

İdman

“Qalatasaray”ın hücumçusuna 8 milyonluq TƏKLİF

"Vest Hem"in Burak Yılmaz israrı bitmir.

Publika.az xəbər verir ki, "Beşiktaş"ın sabiq baş məşqçisi Slaven Biliçin çalışdırdığı İngiltərə klubu "Qalatasaray"ın ulduzunu heyətinə qatmaqda maraqlıdır.

İngilislər bu transferi yayda reallaşdıra bilməsə də, fikirlərindən vaz keçmirlər. İddiaya görə, Slaven Biliçin israrı ilə danışıqları bərpa etməyə hazırlaşan "Vest Hem" rəhbərliyi "Qalatasaray"a 8 milyon avro təklif edəcək.

Qeyd edək ki, Burak Yılmaz "Qalatasaray"da keçirdiyi 140 oyunda 80 qol vurub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm