Ona 200 milyon avro pul ayırdılar
Bizi izləyin

İdman

Ona 200 milyon avro pul ayırdılar

“Mançester Siti”nin Xosep Qvardiola ilə 3 illik müqavilə bağladığı barədə məlumat vermişdik.

Publika.az xəbər verir ki, klub rəhbərliyi Pepə komandanı gücləndirmək üçün külli miqdarda maliyyə vəsaiti ayıracaq. İngiltərə mətbuatının iddiasına görə, rəhbərlik yeni futbolçuların alınmasına ilkin olaraq 198 milyon avro ayırıb.

Mətbuata Qvardiolanın “Şəhərlilər”dən alacağı məvacibin də miqdarı məlum olub. Pepin “Siti”dəki illik məvacibi 26,5 milyon avro təşkil edəcək.

Hazırda “Bavariya”nın baş məşqçisi olan Qvardiolanın illik məvacibi 22 milyon avrodu. Münhen klubunun rəhbərliyi onunla müqaviləni uzatmaq istəsə də, Pep buna razılıq vermədi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm