İdman
Gürcü “Qarabağ”dan gedir, əvəzinə...
“Qarabağ” qışda Tiflis “Dinamo”sundan icarəyə götürdüyü Jaba Dvalini icarə müqaviləsinin müddəti başa çatandan sonra komandada saxlamayacaq. Həmyerlisi Nikolas Gelaşvili gözlənilmədən zədələndiyinə görə heyətə qatılan gürcü mövsümün sonunda vətəninə qayıdacaq.
Səbəb isə sadədi: son vaxtlar forma şansı görməyən futbolçunun hazırlıq səviyyəsi Qurban Qurbanovu qane etmir. Xatırladaq ki, ağdamlıların baş məşqçisi konqolu hücumçu Ulriş Kapolonqonun da xidmətində maraqlı deyil və onun da mayın sonunda yola salınması planlaşdırılıb.
Turnir cədvəlinin liderinin baş məşqçisi ön xəttə daha səviyyəli futbolçular transfer etməyi nəzərdə tutub. Onlardan biri isə Portuqaliya “Maritimo”suna məxsus Danilo Diasdı. Qışda son anda Azərbaycan təmsilçisinə keçidi düyünə düşən Diasın yayda “Maritimo”yla müqaviləsinin müddəti başa çatır.
-
Rəsmi xronika12:05
İlham Əliyev qəbul keçirdi
-
Rəsmi xronika11:10
Biz buna imkan verə bilmərik - Prezident
-
Hadisə09:46
Rövşən Rzayev vəfat etdi - FOTO
-
Sosial09:30
Bu ərazidə mənzillər kütləvi şəkildə satışa çıxarıldı - Ucuz qiymətə... - VİDEO
-
Dünya08:36
Azərbaycanda bu qadağa qüvvəyə minir
-
Region08:24
Bəy gəlini toy karvanında qoyub qaçdı - ANBAAN VİDEO
-
Maraq dünyası06:46
Pitonla kral kobranın ərazi üstündə döyüşü izləmə rekordu qırır - VİDEO
-
Magazin104:44
Dilarə Əliyeva: "14 il keçib, hələ də bir insanla küsülüyəm" - VİDEO