Milli Paralimpiya Komitəsinin 20 illik yubileyi qeyd olundu
Bizi izləyin

İdman

Milli Paralimpiya Komitəsinin 20 illik yubileyi qeyd olundu

Bakıda Milli Paralimpiya Komitəsinin (MPK) 20 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.

Publika.az xəbər verir ki, tədbirdə MPK prezidenti İlqar Rəhimov, gənclər və idman naziri Azad Rəhimov, Beynəlxalq Paralimpiya Komitəsinin (İPC) prezidenti Filip Kraven iştirak edib.

A.Rəhimov paralimpiyaçıların Azərbaycan xalqını, xüsusən evdən çıxa bilməyən əlilləri təmsil edərək sevindirdiyini bildirib. O, paralimpiya idmanının inkişafında MPK-nın qayğısının hiss olunduğunu vurğulayıb:

"1996-cı il Atlanta Yay Olimpiya və Paralimpiya Oyunlarına paralimpiyaçılarımızın necə gedəcəkləri bilinmirdi. Məhz ümummilli lider Heydər Əliyevin dəstəyindən sonra vəsait tapıldı və paralimpiyaçı idmançılarımız yarışa yollandılar".

Daha sonra bir müddət öncə Prezident İlham Əliyevin imzaladığı sərəncamla paralimpiya idmanının inkişafındakı xidmətlərinə görə təltif edilmiş idmançılar və məşqçilərə MPK rəsmiləri və İPC prezidenti tərəfindən medallar təqdim edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm