Bura istirahət zonası deyil... - FOTOLAR
Bizi izləyin

İdman

Bura istirahət zonası deyil... - FOTOLAR

Qış transfer dövründə bütün dünyanı heyrətləndirməyi bacaran çinlilər futbolda nə qədər böyük düşündüklərini təkcə ulduz futbolçulara külli miqdarda pullar xərcləməklə göstərmir.

Publika.az xəbər verir ki, “qıyıqgözlər” futbolun inkişafı üçün hərtərəfli çalışırlar. Məlumdur ki, inkişaf etmək üçün hər bir futbol klubunun müasir infrastruktura malik bazası olmalıdır. Bu mənada Çinin ən böyük klubu “Quançjou Everqrand” sadəcə əldə etdiyi uğurlarla deyil, həm də göz oxşayan idman bazasıyla diqqət çəkir.

Yanvarda gerçəkləşdirdiyi transferlərlə gündəmi zəbt edən çempion komandanın hər cür xoş sözlərə layiq bazası cəmi 11 aya inşa olunub. İnanmaq çətin olsa da, bu reallıqdır.

Madrid “Real”ıyla ortaqlıq anlaşmasından sonra inşasına başlanılan və 160 milyon avroya başa gələn bazada 80 futbol meydançası son dərəcə müasir texnoloji qurğularla yeniyetmə futbolçuların ixtiyarına verilib.

Futbolçular isə ispan mütəxəssislərə əmanət olunub. Akademiyada 9-16 yaş arası 3 mindən çox uşaq təhsil alır. Bu nəhəng kompleksdə Pele, Bobbi Mur, Sokrates kimi əfsanələrin heykəlləri də qoyulub.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm