İdman
Formula 1 üçün akkreditasiya martda başlayacaq
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) bu gün Hilton otelində Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri üçün 2016 Formula 1 Avropa qran-prisinin akkreditasiya qaydaları haqqında seminar keçirib.
Publika.az xəbər verir ki, 70-ə yaxın jurnalistin iştirak etdiyi seminarda iştirakçılara bu ilin yayında Bakıda ilk dəfə keçiriləcək Formula 1 yarışının akkreditasiya prosesi haqqında ətraflı məlumat verildi. Bildirilib ki, yerli media nümayəndələri üçün nəzərdə tutulan akkreditasiya prosesi 1-31 mart tarixləri arasında onlayn qaydada, BŞH-nın rəsmi internet səhifəsi (www.bakucitycircuit.com/az) vasitəsilə həyata keçiriləcək.
Tədbirdə açılış nitqi söyləyən BŞH-nın Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri və Formula 1 Avropa qran-prisinin milli mətbuat katibi Nigar Arpadarai yarışa hazırlıqla bağlı görülən son işlərdən danışdı və jurnalistləri akkreditasiya prosesində fəal olmağa dəvət etdi: “Bu il Bakıda ilk dəfə keçiriləcək Formula 1 Avropa qran-prisində yerli jurnalistlərin iştirakı bizim üçün olduqca əhəmiyyətlidir. Xüsusilə də Formula 1 kimi dünya əhəmiyyətli bir yarışa vəsiqə qazanıb onu işıqlandırmaq jurnalistlərimiz üçün nadir bir fürsətdir. Bu işdə hamınızı fəal olmağa çağırıram”.
Daha sonra çıxış edən BŞH-nın KİV Əməliyyatları üzrə meneceri Ayan Ağayeva tədbir iştirakçılarını akkreditasiya qaydaları ilə tanış etdi. Seminar Avropa qran-prisinin rəsmi elçisi Rəhim Əliyevin çıxışı ilə davam etdi. Formula 1 şərhçisi R.Əliyev tədbir iştirakçılarına qran-pri yarışlarını işıqlandıran jurnalistlərin fəaliyyəti barədə məlumat verdi və həmçinin bu sahədə olan təcrübəsini yerli media nümayəndələri ilə bölüşdü.
Seminarın sonunda qeyri-rəsmi qaydada sual-cavab sessiyası keçirildi. BŞH-nın media əməliyyatları üzrə rəsmiləri jurnalistlərin akkreditasiya prosesi ilə və eyni zamanda yarışla əlaqədar suallarını cavablandırdılar.
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi
-
Magazin11 May 20:30
"Komedixana"nın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO