İdman
Azərbaycan idmançıları açıq Avropa çempionatında ikinci oldular
Fevralın 14-də Avstriyanın Obervart şəhərində açıq Avropa çempionatı davam edib. Həmin gün 81, 90, 100 və 100-dən yuxarı çəki dərəcələrində cüdoçular tatami üzərinə çıxıblar. 90 kiloqram çəki dərəcəsində Məmmədəli Mehdiyev 5-ci, Şahin Qəhrəmanov isə 7-ci yer tutub. 100 kiloqram çəki dərəcəsində Cəlil Şükürov 5-ci yerdə qərarlaşıb.
Yığma komandamızın üzvü Urşəng Kokauri 100-dən yuxarı çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək, final mərhələsinə yüksəlib. Finalda rus idmançısı Aslan Kambiyevlə qarşılaşan U.Kokauri rəqibini ippon fəndinə salaraq, çemionatın qızıl medalına layıq görülüb. Həmin gün keçirdiyi beş görüşdən dördünü ippon fəndi ilə qazanan U.Kokauri tamaşaçıların böyük rəğbətini qazanıb.
Çempionatı uğurla başa vuran Azərbaycan idmançıları ümumi komanda hesabında ikinci yeri tutublar.
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO