“İstanbul türməsində ağlayırdım...”
Bizi izləyin

İdman

“İstanbul türməsində ağlayırdım...”

“Vest Hem”in futbolçusu Emmanuel Emenike İstanbul türməsində saxlandığı günləri xatırlayıb.

Publika.az xəbər verir ki, Emenike oyun alqı-satqısı ilə bağlı aparılan araşdırmalar zamanı həbs olunaraq, 4 gün türmədə qalmışdı. Futbolçu “Karabükspor”da oynayarkən, zədəsi olduğunu qəsdən bəhanə edərək, “Fənərbaxça” ilə oyunda meydana çıxmamaqda ittiham edilirdi. Emenike həbsxanada ağladığını da etiraf edib:

“Mənimlə orda cinayətkar kimi davranırdılar. Həbsxanada uşaq kimi ağlayırdım. Belə rəftar vəhşi davranışı xatırladırdı. Psixoloji durumum olduqca ağır idi. Hətta bu problemi aradan qaldırmaq üçün mütəxəssisə də müraciət etmişdim. Azadlığa çıxandan sonra orda yaşadığım kabusdan qurtulmaq çox çətin idi. Həmin vaxt “Fənər”də qala bilməzdim. Ona görə də “Spartak”ın təklifini düşünmədən qəbul etdim. Sonradan “Fənərbaxça”ya qayıdanda azarkeşlər məni aeroportda coşqu ilə qarşıladılar. Onda hiss etdim ki, “Fənər”də arzuolunan şəxsəm. İndi isə karyeramda yeni dönəm başlayıb. Keçmiş artıq arxada qalıb”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm