Onun təyyarəsini və yaxtasını da əlindən alırlar - İŞ BÖYÜYÜR
Bizi izləyin

İdman

Onun təyyarəsini və yaxtasını da əlindən alırlar - İŞ BÖYÜYÜR

"Barselona"nın futbolçusu Neymarın məhkəmə çəkişmələri bitmək bilmir. Braziliya məhkəməsi Neymarı iki il ərzində vergidən yayınmaqda ittiham edir. Bir müddət əvvəl futbolçunun 43 milyon avroluq əmlakına həbs qoyulmuş və Neymarın apellyasiya şikayəti rədd edilmişdi.

Publika.az xəbər verir ki, məhkəmə bu dəfə futbolçunun şəxsi təyyarə və yaxtasına da həbs tətbiq etməyi planlaşdırır. Hakim Braziliyanın milli aviasiya agentliyinə müraciət edərək, Neymarın təyyarədən istifadəsinə qadağa tətbiq etməyi tələb edib.

Neymar 2011-2013-cü illərdə 14 milyon avronu vergidən yayındırmaqda ittiham edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm