Rəhbərlik bütün borcları ödədi - ÖZƏL
Bizi izləyin

İdman

Rəhbərlik bütün borcları ödədi - ÖZƏL

Azərbaycan Cüdo Federasiyası idmançıları razı salıb.

Publika.az-ın federasiyaya yaxın mənbədən əldə etdiyi məlumata görə, qurumun əvvəlki rəhbərlikdən idmançılara olan borcu artıq bağlanılıb. Belə ki, gələn gündən cüdoçuların pulunu az-az ödəyən yeni rəhbərlik bu problemi birdəfəlik həll edib.

Artıq demək olar ki, federasiyanın idmançılara borcu qalmayıb. Qurumun yeni rəhbərliyi bu halın təkrarlanmaması üçün də çalışacaqlarını keçirilən qapalı iclasda səsləndiriblər.

Xatırladaq ki, federasiyada struktur dəyişikliyi olmamışdan öncə rəhbərliyin idmançılara xeyli miqdarda borcu var idi. Hətta buna görə cüdoçularımız aksiyalar da təşkil etmişdilər. Yeni rəhbərliyin gəlişi isə həm idmançıların uğurlarına, həm də ciblərinə müsbət təsir edib. Maaşlarını vaxtında alan cüdoçular beynəlxalq turnirlərdən də nəticələrlə qayıdırlar.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm