Ermənistan çempionatı UEFA statusunu itirir
Bizi izləyin

İdman

Ermənistan çempionatı UEFA statusunu itirir

Ermənistanın futbol çempionatı UEFA statusunu itirə bilər.

Publika.az xəbər verir ki, acınacaqlı durum “Uliss” klubunun qərarından sonra yaranıb. Bu komanda maliyyə problemlərini əsas gətirərək, çempionatdakı çıxışını dayandırıb. Fevralın 5-də isə Ermənistan Futbol Federasiyasının Lisenziyalaşdırma Komitəsi “Uliss”in lisenziyasını ləğv edib.

Bundan sonra Ermənistan çempionatında cəmisi 7 komanda qalıb. UEFA qaydalarına görə çempionatda minimum 8 komanda mübarizə aparmalıdır. Federasiya vəziyyətdən çıxış yolları axtarır. Ancaq Ermənistanın aşağı liqasında çıxış edən heç bir komanda elita tələblərini ödəmədiyindən, hələ ki, problemi həll etmək mümkün olmur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm