İdman
Lider xal itirdi
Azərbaycan Premyer Liqasında XXIII tura yekun vurulub.
Publika.az xəbər verir ki, günün son matçı həm də turun mərkəzi görüşü olub. Bakının “İnter” klubu “Qarabağ”ı qəbul edib. Qarşılaşma gərgin mübarizə və qarşılıqlı hücumlar şəraitində keçib.
İlk hissənin sonuna 3 dəqiqə qalmış Nizami Hacıyevin dəqiq zərbəsi ilə hesabı açan Zaur Şvanadzenin yetirmələri sonradan daha çox hesabı qorumaq üçün mübarizə aparıb. “Qarabağ” oyunu xilas etmək üçün fasiləsiz hücumlar təşkil edib. Bu, oyunun sonuna yaxın öz bəhrəsini verib. Kapitan Rəşad Sadıqov müdafiədən hücuma atılaraq 88-ci dəqiqədə baş zərbəsi ilə topu rəqib qapısından keçirib - 1:1.
Turun nəticələri turnir cədvəlində əsaslı dəyişiklik yaratmayıb. Diqqət çəkən yeganə məqam çempionatın debütantı “Zirə” klubunun lider “Qarabağ”la arasındakı xal fərqini bir qədər də azaltmasıdır. Hazırda “Qarabağ” 48 xalla liderliyini davam etdirir. “Zirə” 44 xala ikinci, “Qəbələ” 38 xalla üçüncü, “İnter” 35 xalla dördüncü, “Kəpəz” 33 xalla beşinci pillədə qərarlaşıb.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR