Sabiq “Real”lı “Qalatasaray”dan qovuldu
Bizi izləyin

İdman

Sabiq “Real”lı “Qalatasaray”dan qovuldu

Türkiyənin "Qalatasaray" klubunun baş məşqçisi Yan Olde Rikerink futbolçu Xose Rodrigesi məşqdən qovub.

Publika.az xəbər verir ki, səbəb ispaniyalı yarımmüdafiəçinin son məşqə gec qatılması olub. Nəticədə hollandiyalı mütəxəssis 21 yaşlı futbolçunu məşqə buraxmayıb.

Yay transfer pəncərəsində "Qalatasaray"a transfer olunan “Real”ın sabiq oyunçusu Rodriges İstanbul təmsilçisinin heyətində çıxdığı 22 rəsmi oyunda 1272 dəqiqə meydanda olub.

Qeyd edək ki, futbolçunun "Qalatasaray"la müqaviləsi 2019-cu ilin mayınadək qüvvədədir. O, illik 800 min avro qazanır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm