Kliçko Taysonla döyüşəcək
Bizi izləyin

İdman

Kliçko Taysonla döyüşəcək

Ukraynalı boksçu Vladimir Kliçko Ümumdünya Boks Assosiasiyası (WBA) və Ümumdünya Boks Təşkilatı (WBO) versiyaları üzrə ağır çəkidə çempion adı uğrunda britaniyalı boksçu Tayson Fyuri ilə iyulun 9-da Mançesterdə revanş döyüşünə çıxacağını təsdiq edib.

Publika.az-ın xəbərinə görə bu barədə məlumat V.Kliçkonun rəsmi saytında yerləşdirilib.

Bu görüş Böyük Britaniyanın boks telekanalı BoxNationTV-də yayımlanacaq. V.Kliçko qələbə qazanmaq üçün səbirsizliklə rinqə çıxmağı gözlədiyini bildirib. Döyüş 21 min tamaşaçı tutumu olan “Mançester-Arena” açıq stadionunda keçiriləcək.

Xatırladaq ki, 2015-ci ilin noyabrında Almaniyada təşkil edilən 12 raundluq döyüşdə T.Fyuri V. Kliçkoya xal hesabı ilə qalib gəlib və Beynəlxalq Boks Federasiyası (İBF), WBO və WBA versiyaları üzrə ağır çəkidə dünya çempionu olub. Ancaq britaniyalı boksçu sonradan titulunu qorumaq üçün vacib görüşdən imtina etməsi səbəbindən İBF titulundan məhrum edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm