“Barselona” Çempionlar Liqası ilə vidalaşdı - VİDEO (YENİLƏNİB)
Bizi izləyin

İdman

“Barselona” Çempionlar Liqası ilə vidalaşdı - VİDEO (YENİLƏNİB)

Bu gün Çempionlar Liqasının 1/4 final mərhələsinə yekun vurulacaq.

Publika.az xəbər verir ki, “Real” və “Mançester Siti”yə kimin qoşulacağına İspaniya və Portuqaliyadakı oyunlardan sonra aydınlıq gələcək.

Madrid "Atletiko"su doğma azarkeşlər önündə ilk görüşdə 1:2 hesabı ilə məğlub olduğu digər İspaniya təmsilçisi "Barselona"nı qəbul edəcək. bu oyunu kiçik El-Klasiko da adlandırmaq olar. Qarşılaşmanı italyan referi Nikola Ritsoli idarə edəcək.

"Benfika" isə Almaniya çempionu "Bavariya"nı qəbul edəcək. Münhen klubu evdə minimal hesablı qələbə qazandığından cavab görüşündə bərabərlik də kifayət edir. Oyunu hollandiyalı Byorn Keypers idarə edəcək.

Çempionlar Liqası. 1/4 final, cavab oyunları

13 aprel

22:45 Atletiko (İspaniya) - Barselona (İspaniya) 2:0

Qrizmann, 36; 88-p.

İlk oyun - 1:2

22:45 Benfika (Portuqaliya) - Bavariya (Almaniya) 2:2

Ximenes, 27. Taliska, 76 - Vidal, 38. Müller, 52.

İlk oyun - 0:1

İspaniyanın "Real Madrid" klubu Almaniya "Volfsburq"unu (0:2, 3:0), İngiltərə "Mançester Siti"si isə Fransanın PSJ klubunu (2:2, 1:0) məğlub edərək adını yarımfinala yazdırıb.

Qeyd edək ki, yarımfinal mərhələsinin püşkatma mərasimi aprelin 15-də keçiriləcək. Mərhələnin ilk oyunları 26-27 aprel, cavab oyunları isə 3-4 mayda baş tutacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm