Bizim trek dünyada 6-cıdır!
Bizi izləyin

İdman

Bizim trek dünyada 6-cıdır!

Sky Sports telekanalının apardığı sorğuda Bakı Şəhər Halqası ilk sıralardadır

Böyük Britaniyanın idman sahəsi üzrə ixtisaslaşmış və Formula 1 yarışlarının yayım hüququna malik Sky Sports telekanalının öz rəsmi vebsaytında “Formula 1-in ən yaxşı yeni treki” adı altında keçirdiyi sorğuda Bakı Şəhər Halqası 6-cı yerdədir.

İndiyədək minlərlə insanın rəy verdiyi sorğuda Bakı Şəhər Halqası qısa müddət ərzində 4 min nəfərə yaxın azarkeş tərəfindən bəyənilib. Odur ki, dünyanın hər yerindən çox sayda Formula 1 azarkeşi Bakı Şəhər Halqasında keçiriləcək Avropa Qran Prisini səbrsizliklə gözləyir.

Bakı Şəhər Halqasını ən yüksək pilləyə çıxarmaq Sizin əlinizdədir. Bunun üçün əvvəlcə bu keçidə daxil olursunuz. Daha sonra Bakı Şəhər Halqasına aid bölməni tapırsınız və bu bölmədə İçəri Şəhərin qala divarlarının əks olunduğu şəkilin solunda yerləşdirilmiş “like” düyməsinə basaraq öz dəstəyinizi göstərirsiniz.

Gəlin Bakı Şəhər Halqasını dünyada ən çox bəyənilən Formula 1 treki edək!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm