İdman
Cüdoçumuz erməni ilə üz-üzə
Rusiyanın Kazan şəhərində cüdo üzrə Avropa çempionatı start götürür.
ANS-in məlumatına görə, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışın ilk günündə tatamiyə 3 idmançımız çıxacaq.
Kişilər arasında 60 kq çəkidə ilk mərhələdən azad olan Orxan Səfərov mübarizəyə 1/8 finaldan başlayacaq. "Böyük dəbilqə”nin qalibi Tom Şmit (Lüksemburq) – Arif Bağırov (Belarus) cütünün qalibini gözləyir.
Bu çəkidə tatamiyə çıxacaq digər təmsilçimiz İlqar Müşkiyev isə Qonsalo Mansino (Portuqaliya) ilə qarşılaşacaq.
66 kq çəkidə millimizin təcrübəli cüdoçularından sayılan Tərlan Kərimov ilk qarşılaşmada Ermənistan yığmasının idmançısı Ferdinand Karapetyanla üz-üzə gələcək.
Qadınlar arasında 48 kq çəkidə ölkəmizi təmsil edən Aişə Qurbanlı 1/16 finalda macarıstanlı Reka Puppla üz-üzə gələcək. Həmyerlimiz mərhələ adlayacağı halda, Şira Rişoni ilə münasibətinə aydınlıq gətirəcək. Cüdo yığmamız yarışa 9 kişi, 1 qadın cüdoçu ilə yollanıb. Avropa çempionatı aprelin 24-də başa çatacaq.
Bir neçə gün öncə aprelin 16-da güləşçimiz Cəbrayıl Həsənov erməni idmançını məğlub edərək Olimpiadaya vəsiqə qazanıb. Bu Serbiyanın Zrenyanin şəhərində 2016-cı il Rio-de Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən Avropa təsnifat turnirində baş verib. Yarımfinalda erməni rəqibi Suren Xaçatryanı 51 saniyə ərzində məğlub edən güləşçimiz turnirin finalına yüksəlib və Rio Olimpiadasına vəsiqəni təmin edib.
Analoji hadisə aprelin 15-də Türkiyənin Samsun şəhərində keçirilən boks yarışında baş verib. Boksçumuz Cavid Çələbiyev erməni rəqibini məğlub edib. Bununla boksçumuz 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Çələbiyev ermənistanlı Aram Avaqyanı rinqə çıxmağa peşman edib.
-
Nida Xəbər 10:48
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?