Nəhəng robot da Messiylə bacarmadı - FOTO/VİDEO
Bizi izləyin

İdman

Nəhəng robot da Messiylə bacarmadı - FOTO/VİDEO

“Barselona”nın hücumçusu Lionel Messi Yaponiyadakı teleşouların birində iştirak edib.

Publika.az xəbər verir ki, şouda onun əsas vəzifəsi robotun qoruduğu qapıya yol tapmaq olub. Robot-qapıçı demək olar gövdəsiylə bütün qapını “bağlayıb”. Böyük ölçülü əlləri isə aşağı-yuxarı hərəkət edir. Argentinalı futbolçu tapşırığın öhdəsindən məharətlə gəlib. O, 3 cəhdin üçündə də qapıya yol tapıb.

Cari mövsümdə 28 yaşlı Leo “Barselona”nın heyətində bütün turnirlərdə 30 oyuna 25 qol vurub. Messi futbol tarixində ilin ən yaxşı oyunçusuna verilən “Qızıl top”u 5 dəfə qazanan yeganə futbolçudur (2009, 2010, 2011, 2012, 2015).

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm