İdman
3 olimpiyaçımız ölkəni tərk edib - SƏBƏB
2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanan Azərbaycan kayak və kanoeçiləri hazırlıqlarını müxtəlif xarici ölkələrdə davam etdirirlər.
Publika.az xəbər verir ki, bunlar kanoe üzrə 4 qat dünya və 4 qat Avropa çempionu Valentin Demyanenko, kayak üzrə olimpiya çempionu İnna Osipenko-Radomskaya və kanoe-slalomçu Yure Meqliçdir.
Demyanenko Belarusun Brest şəhərindəki Avarçəkmə üzrə Olimpiya Ehtiyatları Mərkəzində şəxsi məşqçisinin rəhbərliyi altında xüsusi plan əsasında çalışır. Osipenko-Radomskaya isə Ukraynanın Kiyev vilayətindəki Obuxov avarçəkmə bazasında hazırlıq keçir. Hər iki idmançının ilk ciddi sınağı 20-22 mayda Almaniyanın Duysburq şəhərində keçiriləcək I Dünya Kubokunda olacaq.
Meqliç isə hazırda Sloveniyada təlim-məşq toplanışındadır. O, daha öncə Avstriya və İspaniyada da hazırlıq keçib. 32 yaşlı idmançını qarşıda Avropa çempionatı gözləyir. Mayın 12-də Slovakiyanın Liptovski şəhərində start götürəcək çempionat 4 gün davam edəcək.
Qeyd edək ki, Rio-2016-da kanoe-slalom yarışları 7-11 avqustda keçiriləcək. Kayakçı və kanoeçilər isə 15-20 avqustda mübarizə aparacaqlar. Valentin Demyanenko 1 nəfərlik kanoe qayığı ilə 200 metr, İnna Osipenko-Radomskaya 1 nəfərlik kayak qayığı ilə 200 metr və 500 metr məsafələrə yürüş edəcək. Yure Meqliç isə 1 nəfərlik kanoe-slalom qayığı ilə çıxış edəcək. (Sportnet.az)
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?
-
Rəsmi xronika10:20
İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi
-
Art09:36
Azərbaycanda aktyor vəfat etdi - Foto