NAZİR: “Vüqar Həşimov bizi tərk etsə də...”
Bizi izləyin

İdman

NAZİR: “Vüqar Həşimov bizi tərk etsə də...”

Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2016" superturnirinin açılışı olub.

Publika.az xəbər verir ki, açılışda iştirak edən gənclər və idman naziri Azad Rəhimov yarış haqda fikirlərini mətbuat xidmətinə bildirib. Rəhimov bunları deyib:

"Mərhum şahmatçımız Vüqar Həşimov bizi tərk etsə də, onu daim xatırlayırıq. O, dünya şahmat ulduzu, Avropa çempionu idi. Vüqar Həşimov Azərbaycan şahmatına böyük uğurlar qazandırıb. Bu turnir də onun xatirəsinə ehtiram əlamətidir. "ShamkirChess" turniri Azərbaycanda keçirilən və FİDE-nin təqvimində yer alan beynəlxalq yarışlar arasında xüsusi yer tutur. Turnir çox yüksək səviyyədə təşkil olunub.

Şəmkir çox gözəl şəhərdir. Şahmatçılar da özlərini burda çox yaxşı hiss edirlər. Qarşıda şahmatsevərləri 10 maraqlı yarış günü gözləyir".

"ShamkirChess 2016" superturniri iyunun 4-də başa çatacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm