Əfsanəvi Məməmməd Əli vəfat etdi
Bizi izləyin

İdman

Əfsanəvi Məməmməd Əli vəfat etdi

Dünya boksunun əfsanəsi Məhəmməd Əli vəfat edib.

Publika.az-ın xarici mətbuata istinadən məlumatına görə, Məhəmməd Əli iyunun 3-də 74 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, bundan əvvəl onun vəziyyətinin kəskin pisləşdiyi və təcili olaraq xəstəxanaya yerləşdiyi barədə məlumat yayılmışdı. Həkimlər onun ölüm ayağında olduğunu bildirərək, heç bir proqnozla çıxış etmirdilər. O, həm də Parkinson xəstəliyindən əziyyət çəkirdi.

Məhəmməd Əli dünyanın ən məşhur və ən çox tanınan idmançılarından biri idi. Doğulanda adı Kassius Kley olan idmançı sonradan müsəlmanlığı qəbul edərək Məhəmməd Əli adını götürüb. O, ağır çəkidə döyüşürdü. 1960-cı ildə olimpiya çempionu titulunu qazanıb. 1964-1966 və 1974-1978-ci illərdə ağır çəkidə mütləq dünya çempionu olub. 5 dəfə “İlin boksçusu” seçilib. Karyerası ərzində 61 döyüş keçirib və onlardan 56-da qalib gəlib (37 döyüş nokautla).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm