İdman
"Qarabağ" çempion oldu
İyunun 7-də Vyana ikinci əyalət liqasında mübarizə aparan “Qarabağ” komandası həvəskar klublar arasında kubok yarışının finalında Avstriya paytaxtının “SV Gersthof” klubu ilə qarşılaşıb.
Axar.az xəbər verir ki, mübarizə apardığı ikinci əyalət liqasının cədvəlində liderliyi və növbəti mövsümdə yuxarı liqaya yüksəlməyi təmin edən “Qarabağ” yaşıl meydana favorit kimi çıxıb.
Qarşılaşmanın ilk yarısında qapılar qarşısında gərgin vəziyyətlər qeydə alınsa da, hesab açılmayıb. İkinci hissədə təşəbbüsü tam ələ alan “Qarabağ” hücumların sayını və kəsərini daha da artırıb. Matçın 66-cı dəqiqəsində “Qarabağ”ın hücumçusu Srdan Pavlov komandasını hesabda irəli çıxarıb. O, 77-ci dəqiqədə 11 metrlik cərimə zərbəsini də dəqiq yerinə yetirərək dubl edib və hesab arasındakı fərqi artırıb.
Beləliklə, oyunda 2:0 hesabı ilə qələbə qazanan “Qarabağ” komandası 2015-2016-cı il mövsümündə həvəskar klubların yarışdığı Toto Kubokunun qalibi olub.
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?
-
Rəsmi xronika10:20
İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi
-
Art09:36
Azərbaycanda aktyor vəfat etdi - Foto