Millimizin baş məşqçisi favoritlərini açıqladı: İspaniya, İngiltərə...
Bizi izləyin

İdman

Millimizin baş məşqçisi favoritlərini açıqladı: İspaniya, İngiltərə...

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki Avropa çempionatına yollanıb.

Publika.az xəbər verir ki, yığmanın Avstriya toplanışından sonra vətəni Xorvatiyaya üz tutan 47 yaşlı mütəxəssis bu gün Fransaya uçub.

Səfər öncəsi yerli mətbuata müsahibə verən Prosineçki AÇ-2016 barədə fikirlərini bildirib. 47 yaşlı mütəxəssis əvvəlcə Xorvatiya yığmasının rəqiblərini dəyərləndirib:

"Fatih Terim istənilən komandada uğur qazanmağa qadir mütəxəssis olduğunu Türkiyə yığması ilə bir daha göstərdi. Amma Xorvatiyanın daha keyfiyyətli oyun sərgiləyərək, qalib gələcəyinə heç bir şübhə yoxdur. Bu qələbə çempionatdakı işimizi asanlaşdıra bilər. Çexiya yaxşı komanda təsiri bağışlayır, İspaniya isə AÇ-2016-nın favoritidir".

Xorvatiya yığmasının sabiq futbolçusu favoritlər qismində Almaniya, Fransa və İngiltərəni də göstərib.

Qeyd edək ki, Xorvatiya millisi ilk görüşünü iyunun 12-də Türkiyəyə qarşı keçirəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm