İdman
Fernando Alonso Heydər Əliyev Mərkəzində - FOTO
"Formula-1" Avropa Qran-prisinin başlanmasına iki gün
qalıb. Artıq yarışın pilotları ölkəmizə gəlirlər.
İyunun 15-də "Formula-1" üzrə ikiqat dünya çempionu, "McLaren
Honda" komandasının heyətində yarışan və Avropa Qran-prisinin rəsmi
elçisi Fernando Alonso "Azərilmə" Məhdud Məsuliyyətli Cəmiyyətin
"Sehirli ilmələr" qalereyasında olub.
Qonaq "Azərilmə"nin nadir Azərbaycan xalçalarından və
məmulatlarından ibarət sərgiyə baxıb. Yüksək keyfiyyəti və
naxışlarının zənginliyi ilə seçilən Azərbaycan xalçaları indi də
dünyanın bir çox muzeylərinin ən nadir eksponatlarından
sayılır.
Bildirilib ki, xalçaçılıq Azərbaycan xalqının ən qədim
sənətlərindən biridir.
Xalça sexi ilə tanış olan qonaq xalça toxunması prosesi ilə
maraqlanıb, qalereyanın zəngin eksponatları ilə tanış olub.
Sonra Heydər Əliyev Mərkəzinə gələn Fernando Alonsoya dünya
memarlığının nadir incilərindən sayılan Mərkəz haqqında məlumat
verilib. Qeyd olunub ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin,
azərbaycançılıq ideologiyasının və Ulu Öndərin irsinin dərindən
öyrənilməsinə və tədqiq edilməsinə yönəlib. Bundan əlavə, Mərkəzin
həyata keçirdiyi layihələr Azərbaycan tarixinin, dilinin,
mədəniyyətinin və digər milli sərvətlərin beynəlxalq aləmdə
populyarlaşdırılmasına və təbliğinə, elmin, təhsilin, mədəniyyətin,
səhiyyənin, idmanın, ekologiyanın və iqtisadiyyatın müxtəlif
sahələrinin dəstəklənməsinə və inkişafına xidmət edir.
Qeyd olunub ki, dünya şöhrətli memar Zaha Hadidin layihəsi əsasında
inşa edilmiş Mərkəz dünya memarlıq inciləri siyahısına daxil
olunub. Burada rəsmi qəbullar, beynəlxalq konfranslar, iclaslar və
digər tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb.
Qonaq Mərkəzin xatirə kitabına ürək sözlərini yazıb. Fernando
Alonsoya xatirə hədiyyələri təqdim olunub.
Sonra pilot Mərkəzdə fəaliyyət göstərən klassik avtomobil sərgisi
ilə tanış olub.
Fernando Alonso Dənizkənarı Milli Parka gələrək burada fanatları
ilə birgə velosiped sürüb.
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO