Ramzan Kadırov Zabit Səmədovun ad gününü təbrik edib
Bizi izləyin

İdman

Ramzan Kadırov Zabit Səmədovun ad gününü təbrik edib

Çeçenistan Respublikasının Prezidenti Ramzan Kadırov məşhur azərbaycanlı, peşəkar döyüşçü, K-1 ustası Zabit Səmədovun ad gününü təbrik edib.

BAKU.WS xəbər verir ki, Kadırov öz ürək sözlərini İnstagram səhifəsində qeyd edib.

"Bu gün əziz QARDAŞIM, dünyanın əfsanəvi kikboksçusu, "Axmat” Kikboks Klubunun Prezidenti Zabit Səmədovun ad günüdür. O, bu günün ən məşhur, iradəli və cəsarətli döyüşçülərindən biridir. Zabit, həyatda hər şeyi öz zəhməti hesabına əldə edib. Bu bir çox gənclərə nümunə ola bilər. O, Çeçenistanda idmanın inkişafına böyük təhfə verib. Tez-tez idmançılarla görüşüb, yarışlar təşkil edib. Mən Zabitə yeni yeni nailiyyətlər və uğurlar arzu edirəm. Ad günün mübarək, əziz QARDAŞIM!”, - Kadırov yazıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm