İdman
AÇ-2016: Bütün Türkiyə bugünki oyunları izləyəcək
Fransada keçirilən Avropa çempionatının qrup mərhələsinə bu gün yekun vurulacaq.
Publika.az xəbər verir ki, E və F qrupundakı qarşılaşmalardan sonra 1/8 finala çıxacaq bütün komandaların adına aydınlıq gələcək.
F qrupunda İslandiya Avstriya, Macarıstan isə Portuqaliya ilə oynayacaq. Bütün komandaların şanslarının davam etdiyi son tur öncəsi 1/8 finala çıxmaq istəyən komanda mütləq qələbə qazanmalıdır. Hətta 1 xalla qrup sonuncusu olan Avstriya yığması da qələbə sayəsində ən yaxşı 3-cülərdən biri olacaq.
E qrupunda isə vəziyyət nisbətən daha aydındır. Belə ki, İtaliya millisi artıq 1/8 finalı və qrup liderliyini təmin edib. İkincilik uğrunda isə mübarizə İsveç və Belçika milliləri arasında gedəcək. Belçikalıları bərabərlik də qane edir.
Digər oyunda isə iddiasız İtaliya qarşısında qələbə İrlandiyanı ən yaxşı 3-cülərdən biri edə bilər. Ancaq bu da inandırıcı görünmür.
AÇ-2016. Qrup mərhələsi, 3-cü tur
22 iyun
F qrupu
20:00 İslandiya - Avstriya
Baş hakim: Şimon Marçinyak
Sen-Deni. “Stad de Frans”
20:00 Macarıstan - Portuqaliya
Baş hakim: Martin Atkinson
Lion. Şəhər stadionu
E qrupu
23:00 İtaliya - İrlandiya
Baş hakim: Ovidiu Hateqan
Lill. “Pyerr Morua” stadionu
23:00 İsveç - Belçika
Baş hakim: Feliks Brix
Nitsa. Şəhər stadionu
-
Magazin104:44
Niyaməddin Musayev gəlinindən DANIŞDI: "Yeməkləri bişirib yığır ki..."
-
İKT03:43
Süni intellektə görə yüzlərlə "TikTok" əməkdaşı AÇ QALACAQ
-
Sosial02:12
32 ildən sonra Laçın şəhərində toy sədası eşidildi
-
Kriminal00:45
Atasını döyə-döyə öldürən oğul onun üzünü tamam dağıdıbmış - Tükürpədici DETALLAR
-
Art00:15
Məşhur aktyor tamaşa zamanı HUŞUNU İTİRDİ
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Elə bir sirr ortaya çıxa bilər ki...
-
Sosial12 Oktyabr 23:24
Bakıda məşhur şirkətin işçisi oğurluq üstündə HƏBS EDİLDİ
-
Magazin112 Oktyabr 22:36
Mehin yeni fotoları ilə GÖZ OXŞADI