İngiltərə çempionu bombardirini buraxmadı
Bizi izləyin

İdman

İngiltərə çempionu bombardirini buraxmadı

İngiltərə çempionu “Lester” hazırda millinin heyətində AÇ-2016-da mübarizə aparan hücumçusu Ceymi Vardi ilə razılığa gəlib.

Publika.az xəbər verir ki, İngiltərə Premyer Liqasının 2015/16 mövsümünün ən yaxşı ikinci bombardiri olan Vardi daha 4 il “Tülkülər”in şərəfini qoruyacaq. Bu haqda klubun rəsmi saytı xəbər yaysa da, anlaşmanın maliyyə detalları açıqlanmır.

Klub tərəfindən verilən açıqlamada deyilir: “Hər iki tərəf ümid edir ki, bu anlaşmadan sonra Vardinin gələcəyi ilə bağlı bütün söz-söhbətlər bitəcək”.

“Lester” rəhbərliyinin narahatlığını başa düşmək olar. Mayın sonlarında İngiltərənin məşhur “San” tabloidi Ceyminin 20 milyon funt sterlinq müqabilində “Arsenal”a keçəcəyini yazmışdı.

Vardi son mövsümdə “Lester”in heyətində bütün turnirlərdə 38 oyun keçirib və 24 qol vurub. Bu komanda daxilində ən yüksək göstəricidir.

AÇ-2016-da isə Vardi 2 oyunda iştirak edib və aktivində 1 qol var.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm