Avropa Liqası: “Qəbələ” və “Neftçi” mübarizəyə başlayır
Bizi izləyin

İdman

Avropa Liqası: “Qəbələ” və “Neftçi” mübarizəyə başlayır

Bu gün futbol üzrə Avropa Liqasında I təsnifat mərhələsinin qalan 44 oyunu keçiriləcək. 4 oyun iki gün əvvəl baş tutub.

Publika.az xəbər verir ki, Azərbaycanın bu turnirdəki təmsilçilərindən “Qəbələ”, “Neftçi” və “Kəpəz”in II mərhələdəki potensial rəqibləri də ilk görüşlərini keçirəcəklər. “Samtredia” səddini keçəcəyi təqdirdə mübarizəni davam etdirəcək “Qəbələ”nin potensial rəqibləri “Aktobe” və MTK hamıdan tez meydana çıxacaq.

Onlardan bir saat sonra mübarizəyə “Daçiya” ilə ilk görüşdə qolsuz bərabərə qalan “Kəpəz”in potensial rəqibləri “Admira” və “Spartak” qoşulacaqlar.

Bu gün “Baltsan”ın qonağı olacaq “Neftçi”nin növbəti mərhələdə üz-üzə gəlmək ehtimalı olan “Şkendiya” ilə “Krakoviya” isə Makedoniyada münasibətlərini aydınlaşdıracaqlar.

Avropa Liqası. I təsnifat mərhələsi, ilk oyunlar

30 iyun

18:00 Aktobe (Qazaxıstan) - MTK (Macarıstan)

18:00 Dila (Gürcüstan) - Şirak (Ermənistan)

19:00 Admira (Avstriya) - Spartak (Slovakiya)

19:00 Ventspils (Latviya) - Vikinqur (Farer adaları)

19:00 Santa Koloma (Andorra) - Lokomotiv (Xorvatiya)

19:30 Bokelj (Monteneqro) - Voyvodina (Serbiya)

20:00 Videoton (Macarıstan) - Zarya (Moldova)

20:00 Levadiya (Estoniya) - Torshavn (Farer adaları)

20:00 Baltsan (Malta) - NEFTÇİ (AZƏRBAYCAN)

20:00 Sloboda (Bosniya və Herseqovina) - Beytar (İsrail)

20:00 Dinamo (Belarus) - Spartak (Latviya)

20:00 Atlantas (Litva) - HİK (Finlandiya)

20:00 Banants (Ermənistan) - Omoniya (Kipr)

20:00 Trakai (Litva) - Nomme Kalyu (Estoniya)

20:30 Slaviya (Bolqarıstan) - Zaqlebiye (Polşa)

20:30 AİK (İsveç) - Bala Taun (Uels)

20:30 Avropa (Cəbəllütariq) - Pünik (Ermənistan)

20:30 Höteborq (İsveç) - Landudno (Uels)

21:00 QƏBƏLƏ (AZƏRBAYCAN) - Samtredia (Gürcüstan)

21:00 Midtyulland (Danimarka) - Suduva (Litva)

21:00 Zimbru (Moldova) - Çixura (Gürcüstan)

21:00 Differdanj (Lüksemburq) - Kliftonvill (Şimali İrlandiya)

21:00 Kukesi (Albaniya) - Rudar (Monteneqro)

21:00 AEK (Kipr) - Folqor (San-Marino)

21:00 Vaduts (Lixtenşteyn) - Sileks (Makedoniya)

21:00 Odd (Noeveç) - Mariehamn (Finlandiya)

21:00 Şiroki Briyeq (Bosniya və Herseqovina) - Birkirkara (Malta)

21:15 Makkabi T-Ə (İsrail) - Qoritsa (Sloveniya)

21:30 Beroe (Bolqarıstan) - Radnik (Bosniya və Herseqovina)

22:00 Teuta (Albaniya) - Kayrat (Qazaxıstan)

22:00 Domjale (Sloveniya) - Lusitanos (Andorra)

22:00 Runavik (Farer adaları) - Şaxtyor (Belarus)

22:15 Konna Kvey (Uels) - Stabek (Norveç)

22:15 Spartak (Slovakiya) - Hibernians (Malta)

22:30 La Fiorita (San-Marino) - Debretsen (Macarıstan)

22:30 Çukariçki (Serbiya) - Ordabası (Qazaxıstan)

22:45 Linfild (Şimali İrlandiya) - Kork Siti (İrlandiya)

22:45 Aberdin (Şotlandiya) - Fola (Lüksemburq)

23:00 Harts (Şotlandiya) - İnfonet (Estoniya)

23:00 Şkendiya (Makedoniya) - Krakoviya (Polşa)

23:00 Şemrok Rovers (İrlandiya) - Rovaniemi (Finlandiya)

23:15 Breydablik (İslandiya) - Yelqava (Latviya)

23:15 Reykyavik (İslandiya) - Qlenavon (Şimali İrlandiya)

1 iyul

01:00 Valyur (İslandiya) - Brondbü (Danimarka)

İyunun 28-də keçirilən oyunların nəticələri:

Kəpəz (Azərbaycan) – Daçiya (Moldova) 0:0

Partizani (Albaniya) - Slovan B (Slovakiya) 0:0

Rabotniçki (Makedoniya) - Buduçnost (Çernoqoriya) 1:1

Sent-Patrik (İrlandiya) - Jeness (Lüksemburq) 1:0

Oxumağa davam et
Reklam
Reklam

Gündəm